"Avropa və ABŞ-dakı etirazlar bu ölkələrdəki sistematik bərabərsizlikləri ifşa etdi".
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov söyləyib.
"Koronavirus pandemiyası irqçilik və ksenofobiya, eləcə də milli və dini azlıqların ayrıseçkiliyə məruz qalması kimi uzun müddətdir davam edən problemlərin şiddətlənməsinə gətirib çıxardı. ABŞ və Avropadakı kütləvi etirazlar bu ölkələrdə davam edən sistem bərabərsizliyini ifşa etdi və eyni zamanda ifrat populist ideologiyaların yaratdığı təhlükəni təsdiqlədi", - deyə XİN başçısı bəyan edib.