IDC analitik şirkətinin məlumatına görə, qlobal süni intellekt (Sİ) bazarı sürətlə böyüyərək, önümüzdəki illərdə 500 milyard dollara çatacaq. IDC analitikləri 
davam edən pandemiya və iqtisadi çətinliklərə baxmayaraq Sİ bazarında güclü böyümə gözləyirlər. 

Unikal.org  xəbər verir ki, ümumilikdə keçən ilin sonunda qlobal Sİ bazarının həcmi təxminən 281,4 milyard dollar təşkil edib. 

Bu il böyümə 16,4% proqnozlaşdırılır. Bu gözləntilər özünü doğruldarsa, xərclər 327,5 milyard dollara çatacaq.

Beş il ərzində təyin olunmuş ərazidə CAGR göstəricisi (mürəkkəb illik böyümə sürəti) 17,5% səviyyəsində olacaq. Nəticədə, 2024-cü ildə bazar, 554,3 milyard dollar həcminə çatan 500 milyard dollarlıq simvolik bir mərhələni aşacaq.