Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yoxsul ölkələr üçün vaksin əlçatanlığını təmin etmək məqsədilə hazırladığı "COVAX" proqramı çərçivəsində Afrika ölkələrinin vaksin tədarükü başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu proqramla vaksin tədarük edən ilk Afrika ölkəsi Qana olub. Hindistanda istehsal olunmuş "Astra/Zeneca" vaksinlərindən 600 min dozalıq partiya Qananın paytaxtı Akradakı hava limanına çatdırılıb.
ÜST-ə təşəkkürünü bildirən Qana rəsmiləri Afrika "COVAX" proqramı ilə vaksin əldə edən ilk ölkə olmaqdan məmnunluqlarını ifadə ediblər.