25-26 fevral tarixlərində Avropa Birliyinə üzv olan ölkələrin dövlət başçılarının iştirakı ilə zirvə toplantısı keçiriləcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, toplantı onlayn videokonfrans formatında təşkil olunacaq.
Liderlər masasında gündəliyə daxil olan əsas müzakirə mövzuları pandemiya ilə mübarizə tədbirləri, vaksinlərin əlçatanlığının yüksəldilməsi və istehsalının artırılması, tədarük prosesində yaranan çətinliklərin aradan qaldırılması yolları, mutasiyaya uğramış koronavirus növlərinə qarşı mübarizədə effektivliyi təmin etmək üçün vaksinlərin təkmilləşdirilməsi və digər məsələlər olacaq.