İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 73 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 59 736 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 270 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 598 875 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 705 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 365 253 nəfər koronavirusdan sağalıb.