CHP Lideri Kamal Kılıçdaroğlu son vaxtlar prezident Ərdoğana və Mərkəzi Bankın ehtiyatları üzərindəki səlahiyyətlərə fikir bildirib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Kılıçdaroğlu bu fikirlərini dünən baş tutan qrup iclasında bir daha dilə gətirərək, Ərdoğana "128 milyard dolları nə etdiniz, kimə verdiniz?",-deyə sual ünvanlayıb.
Belə ki, bu gün partiyanın qrup toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Kılıçdaroğlunun sualına, "Bir müddətdir məruz qaldığımız iqtisadi tələblərə mübarizə apararkən, əlimizdəki bütün vəsaitlərdən istifadə etdik. Həmçinin də, pandemiya üçün. Kılıçdaroğlunun davamlı olaraq soruşduğu valyutalardan bu mübarizədə istifadə edilib", - deyə cavablandırıb.
Ərdoğan çıxışına belə davam edib:
"Pandemiyanın səbəb olduğu çətinlikləri azaltmaq üçün dəstək paketləri tətbiq etdik. Dəstək və təşviq üçün 311 milyard lirə qaynaq istifadə edərək vətəndaşlarımızın yanında olmağa çalışdıq. Sosial dəstək və qısa müddətli iş müavinəti. "Qalxan" tətbiqi çərçivəsində millətimizə birbaşa və geri qayıtmadan köçürdüyümüz qaynaqların miqdarı 53 milyard lirəni keçdi", -deyə bir sıra açıqlamalar bildirib.