Ukraynada koronavirus əleyhinə vaksinasiyaya başlanılıb.

Unikal.org  xəbər verir ki, ilkin olaraq Çekas bölgəsində kampaniyaya start verilib. Burada 16,2 min doza peyvənd alınıb.

Bundan əvvəl səhiyyə naziri Maksim Stepanov Oxford / AstraZeneca koronavirus peyvəndinin ilk dozalarının Ukraynanın bölgələrinə göndərildiyini və ölkədə peyvəndləməyə ən qısa müddətdə başlanacağını bildirmişdi.