Ermənistanda müxalif Çiçəklənən Ermənistan Partiyası baş qərargahın bəyanatını dəstəklədiyini açıqlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, oliqarx siyasətçi Qaqik Tsarukyanın başçılıq etdiyi partiya orduya dəstək ifadə edib.

"Baş qərargahın açıqlamasını dönüş nöqtəsi hesab edirik və Paşinyanı istefaya çağırırıq", - deyə bildirilib.

Birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan da tərəfdarlarını meydana çağırıb və Paşinyanın istefasını tələb edib.

İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan baş qərargahın bəyanatını çevriliş cəhdi saymadığını bildirib və bəyanatı cinayət hesab etmədiyini söyləyib.