ABŞ-ın keçmiş prezidenti Donald Trampın öz sosial şəbəkəsini yaratmaq istədiyi məlum olub. "The Washington Examiner"in yazdığına görə, Tramp artıq Silikon Vadisindən olan böyük investorlarla yeni sosial platformanın yaradılması ilə bağlı danışıqlar da aparıb.
Unikal.org xəbər verir ki, yeni sosial şəbəkə Trampın Feysbuk və Tvitterdə bloklanmasına mənfi reaksiya göstərən tərəfdarları arasında populyar ola bilər.
“Bir çox potensial tərəfdaşla danışıqlar aparırıq. Əvvəlcə hazır bir veb sayt alıb özümüz üçün yenidən qurmaq istədik, amma aramızda öz veb saytını sıfırdan yarada bilənlər çoxdur. Əvvəllər Tvitter bizi çox ciddi şəkildə "ovladı"", - deyə ABŞ-ın keçmiş prezidenti bildirib.