Ermənistan silahlı qüvvələrinin baş qərargahı yenidən bəyanat yayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbçilər Paşiyanın istefası tələbini təkrarlayıblar. Generallar ilk bəyanatı öz iradələri ilə verdiklərini və heç bir təzyiq altında olmadıqlarını söyləyiblər.

"Bu, zabit və generalların ortaq mövqeyidir. Mövqeyimizi bir daha təsdiqləyirik", - deyə yeni bəyanatda deyilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti və Ermənistan Polisi baş nazir Nikol Paşinyanı dəstəklədiklərini elan ediblər. Həmçinin Ermənistan Baş Prokurorluğu bəyanat yayıb.

"Ermənistanın təhlükəsizliyini qorumağa xidmət edən hərbi qulluqçuları, eləcə də bütün vətəndaşları qanuna tabe davranmağa çağırırıq", - deyə qeyd olunub.

Ermənistan mətbuatı isə İrəvan sakinlərinin paytaxt səmasında qırıcılar gördüklərini yazır.