Nikol Paşinyan yenidən tərəfdarları qarşısına çıxıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan çevrilişə imkan verməyəcəklərini deyib.
"Cənablar öz işinizlə məşğul olun. Bu bir göstərişdir, əmrdir. Sərhədləri, təhlükəsizliyi qoruyun. Bəzi qüvvələr ordunu antikonstitusion işlərə qalxmağa məcbur edir. Biz buna imkan veməyəcəyik. Ordu siyasətə qarışa bilməz. Ordu hakimiyyəti və xalqı dinləməlidir", - deyə Paşinyan bəyan edib.
O qeyd edib ki, Ermənistanda uzun illər hakimiyyət ordu hesabına iqtidarda qalıb və indi onlar ordu üzərində təsirlərini qoruyurlar.
"Mənə satqın deyirlər. Deməli onlar bura yığışan bu qədər adamı da satqın adlandırırlar. Halbuki satqınlığı Vazgen Manukyan etmişdi. Müharibə vaxtı orduya iqtidara qarşı vuruşmağı tövsiyə etmişdi. Bəli, müharibə vaxtı", - deyə Paşinyan əlavə edib.