Ermənistan baş naziri Nikol Paşinyan prezidentlə telefon danışığını tərəfdarlarına açıqlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan Sarkisyandan baş qərargah rəisinin işdən çıxarılması qərarına qol çəkməsini istəyib.

"Prezidentə dedim ki, Onik Qasparyanın işdən azad olunması qərarına qol çək. Çəkməsən, deməli sən də çevrilişdə iştirak edirsən".

Paşinyan Onik Qasparyan haqqında da danışıb.

"O getməlidir. Mən ona imkan verə bilmərəm ki, ordunu xalqın üstünə qaldırsın. O biriləri isə qoy vəzifələrinə qayıtsınlar", - deyə Ermənistan baş naziri əlavə edib.