Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən həbsxanaların birində qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə 2017-ci ildə qeydə alınıb. Oğurluqda təqsirləndirilən 35 yaşlı Vazha Boçorişvili nəzarətçilər tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.
Daha sonra məhbusun ailəsinə intihar edərək öldüyünü bildiriblər. Hadisədən 4 il keçməsinə baxmayaraq, görüntülər bu yaxınlarda ortaya çıxıb. Həbsxaba rəhbərliyi nəzarətçilər barəsində araşdırmaya başlayıblar.
Qandonduran videogörüntülər isə rusların qəzəbinə səbəb olub.