"Bu il Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsindəki böyük qələbədən sonra Xocalı qurbanlarını yad edir".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasından sonra Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, həm Xocalı qurbanlarının, həm də digər şəhidlərin qanı yerdə qalmadı: "Eyni zamanda həm Xocalı qətliamının nümunəsində, həm də erməni faşistlərinin törətdiyi digər faciələr nəticəsində bütün dünyada onların həqiqi sifəti ifşa olundu. Xocalı bizim qan yaddaşımızdır. Biz bütün dünyaya Xocalı soyqırımı ilə erməni faşistlərinin əsl üzünü ifşa edəcəyik. Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq. Bu, bizim qarşımızda duran əsas məsələlərdən biridir”.