Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında İrandan iştirak edən jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib.
Unikal.org xəbər verir ki, dövlət başçısının sözlərinə görə, sual ittiham xarakteri daşımamalıdır:
“Siz bunu sual formasında verə biləsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyıla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır.
Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu sadəcə olaraq Azərbaycanı ittiham etməkdir.
Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız.
Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.
Daha sonra sözügedən jurnalist sualın səhv anlaşıldığını və əslində digər terrorçu qruplar (İŞİD) haqda sual ünvanladığını bildirib.