“İstənilən şəkildə Ermənistanın rəhbərliyi hər hansısa bir formada – fərqi yoxdur orada hakimiyyətdə kim olacaq – 10 noyabr bəyanatının pozulması arzusunda olan hər hansısa bir tərəf bunu etsə, təbii ki, Ermənistan üçün bu çox pis olacaq. Vladimir Putinin təbirincə, bu, intihar olacaq. Həqiqətən də, intihar burada ən yerinə düşən sözdür”.
Unikal.org bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Ona görə də Ermənistanda başa düşməlidir ki, onların qarşılaşdığı bu vəziyyət illərdir yürütdükləri siyasətin nəticəsidir. Bu, Azərbaycana qarşı idi və işğal siyasətidir”, - dövlət başçısı bildirib.