Gürcüstanda son sutka ərzində koronavirusa 373 yeni yoluxma faktı qeydə alınıb, 14 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə məqsədilə yaratdığı xüsusi saytda məlumat yer alıb.
Qeyd olunub ki, ölkədə pandemiya başlayandan bəri 270 510 yoluxma halı aşkarlanıb, 264 589 nəfər sağalıb.
İndiyədək koronavirusa yoluxanlardan 3499 nəfəri həyatını itirib.