“Barselona”nın baş məşqçisi Ronald Kumanın La Liqanın 25-ci turunda “Sevilya” ilə qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransı yarımçıq dayandırılıb.
Unikal.org xəbər verir ki, buna səbəb niderlandlı mütəxəssisin media nümayəndələri ilə görüşü zamanı burnundan qan açılması olub. Burnu qanayan Kuman dərhal konfrans salonunu tərk edib.
“Barselona” klubunun həkimləri qanaxmanın Kumanın qəbul etdiyi bir neçə dərmanın təsirindən ola biləcəyini açıqlayıb.
Bu gün keçiriləcək “Sevilya” – “Barselona” matçı saat 19:15-də start götürəcək.