ABŞ-ın Illinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, bəyanatda qeyd edilib ki, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində faciə baş verib. 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvbələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib: “29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirlimiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.
O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur dləyirəm".
Qeyd edək ki, Kam Bukner 26-cı dairədən İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.
Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.