Türkiyəli müğənni Bülənt Ərsoyun heyvan dərisindən olan xəzi gündəm yaradıb.
Unikal.org xəbər verir ki, sənətçinin 450 min TL-yə (103 min azn) aldığı xəzi 55 tülkünün dərisindən hazırlandığı bildirilib. Bu barədə o, sosial şəbəkədə paylaşım edib. Bundan sonra sosial media istifadəçiləri sənətçinin bu qədər heyvanın ölmünə səbəb olan xəzini tənqid ediblər.