Xəbər verdiyimiz kimi, türkiyəli sənətçi Bülent Ərsoyun 450 min TL-yə (103 min azn) aldığı 55 tülkünün dərisindən hazırlan xəzi gündəm yaradıb.
Unikal.xəbər verir ki, sənətçi xəzinin hazırlanmasında 55 tülkünün öldürülməsini paylaşım edib. Bundan sonra insanlar müğənninin bu paylaşımına səssiz qalmayıb. Hətta sənətçini tənqid edənlər sırasında məşhur türk müğənnisi Yusuf Güney də olub. O, sosial media hesabında, "Kişi oldun, qadın oldun, amma insan ola bilmədin",-deyə sənətçiyə səslənib.