Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.
Unikal.org xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında məlumat paylaşıb.
Aparıcı Elgiz Əkbərin sözlərinə görə, "Özündən icazə almışam, ona görə verilişdə deyirəm. 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi xəstəlik daha ağır formada qayıdıb. Əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır",- deyə bildirib.