Dünya ulduzlarını bir araya gəldiyi "Qızıl qlobus" mükafatlarının təqdimat mərasimi keçirilib.
Unikal.org xarici KİV-ə istindən xəbər verir ki, Hollivud ulduzlarının bərq vurduğu gecədə hər bir məşhur geyindiyi bahalı libası və istifadə etdiyi ziynət əşyaları ilə müzakirələr səbəb olub.
Belə ki, 78-ci "Qızıl qlobus" mükafatları mərasiminin ən çox danışılan tanınmışları sırasında “Ən yaxşı qadın aktrisa” adına layiq görülən Anya Teylor-Coy da olub. O, gecədə geyindiyi bahalı libası və aksessuarları ilə müzakirə obyektinə çevrilib. "Tiffany Co" markasına məxsus olan Teylor-Coyun üzərindəki ziynət əşyalarının ümumi dəyərinin 2 milyon 300 min dollar (təxminən 4 milyon manat) olduğu bildirilib.
Aktrisanın "Dior Haute Couture"dan seçdiyi zümrüdü yaşıl libasının qiyməti isə açıqlanmayıb.