Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova ərini səhhəti bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, o, bu barədə AzTV-yə danışaraq, Rəmişin yaxşı olduğunu bildirib.
"Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin".
Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib. Xalq artisti, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmamazlığı, ağciyər problemindən əziyyət çəkir.