Türkiyənin Samsun şəhərdə yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, qırmızı işıqda avtomobilləri vuran sürücü qəzanın xərclərini "necə ödəyəcəyəm?!" deyə qışqırmağa başlayıb. Bundan sonra o, yolun ortasında silahını çıxardaraq atəş açmağa başlayıb. İnsanlar onu sakitləşdirməyə çalışsalar da, sürücü onlara silahla hücum edib. Daha sonra  əsəbi şəxs silahla başından vuraraq intihar edib. 

Hadisəyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.