İstanbullu 15 yaşlı yeniyetmə enerji içkisinin qurbanı olub. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeniyetmə gecə yatarkən çox sayda enerji içkisi qəbul edib. Səhəri gün ana övladının yuxudan gec oyandığını görərək, narahat olub. Bu zaman o, övladının nəfəs almadığını görüb. Hadisə  yerinə  gələn təcili yardım gəlib. İşçilər yeniyetmənin öldüyünü bildirib. Tibbi ekspertizaya göndərilən yeniyetmənin ölümünə səbəb isə içdiyi içki olub. 

Bundan sonra İstanbul polisi azyaşlılara enerji içkisini satanlar barəsində cinayət işi açıb.