İndoneziyanın Cava adasında şagirdləri və  müəllimləri daşıyan avtobus qəzaya uğrayıb. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində  27 nəfər ölüb, 39 nəfər yaralanıb. Bildirilir ki, avtobus sürücüsü idarəeməni itirib.  Bu zaman yoldan çıxan avtobus  dərəyə yuvarlanıb. Qəza yerinə aidiyyatı qurumlar cəlb edilib. Xilasetmə işləri davam etdirilir.