Türkiyə Yunanıstanın ölümə tərk etdiyi 35 qaçqını xilas edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Balıkesirin Ayvalık ilçəsində Yunanıstan tərəfindən Türkiyənin daxili sularına doğru qovulan qayıqdakı qaçqınlar xilas edilib.

Qayıqda əcnəbi əsilli 35 qaçqın olub. Onlar Günəş adası sahillərindən Cunda adasına gətirilib. Zəruri tibbi və humanitar yardım göstərilib. Hazırda araşdırmalar aparılır.