Türkiyədə Suriyadan qanunsuz yollarla ölkəyə keçməyə çalışan 3 şəxs saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Suriya ilə həmsərhəd olan Mardində qanunsuz şəkildə Türkiyəyə girməyə cəhd edən 3 nəfər saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, onlardan 2-si İŞİD terrorçusudur. Hazırda araşdırmalar davam etdirilir.