Ermənistan prezidenti Armen Sarkisyan Artak Davtyanın baş qərargah rəisi təyin edilməsi qərarını baş nazirə geri göndərib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, konstitusiya prezidentə qərarı imzalamaq və ya imzalamamaq üçün 3 gün vaxt verir.

Nikol Paşinyan Artak Davtyanın baş qərargah rəisi təyin olunması ilə bağlı qərarı prezident Armen Sarkisyana göndərmişdi. Sarkisyan isə qərarı imzalamadan baş nazirə geri qaytarıb.