Ermənistan baş naziri Nikol Paşinyan bu gün müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanla görüşəcək.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Qəzetin mənbələrinə görə, görüşdə müzakirənin əsas gündəliyi baş nazirin istefası və erkən parlament seçkiləri üçün tarixin təyin edilməsi olacaq. Bundan başqa seçki məcəlləsinə dəyişikliklər edilə bilər ki, bu da seçkilərin azı 6 ay sonra keçirilməsinə imkan verir.

Bildirilir ki, müxalifət qüvvələri və mövcud məcəllənin qorunmasının tərəfdarıdır.