Rusiyada son sutka ərzində koronavirusa 8998 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 418 436 nəfərə çatıb.

Rusiyada son bir gündə 427 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 93 364 nəfərdir. İndiyədək 4 024 975xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.