Norveçdə koronavirus infeksiyasına yoluxanların sayında yenidən anti-rekord qeydə alınıb.

Unikal.org  xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Bent Heye deyib.

Onun sözlərinə görə, ölkə üçüncü koronavirus dalğası ilə qarşılaşıb və yeni məhdudiyyətlər istisna edilmir. Son bir gündə Norveçdə 1156 nəfər koronavirusa yoluxub. Paytaxt Osloda yoluxma sayı 495 nəfər təşkil edib.

"Koronavirusun üçüncü dalğasına daxil olduq, amma bunun yenidən öhdəsindən gələcəyimizə inanıram", - nazir deyib.