Türkiyənin İstanbul şəhərinin Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu cəzalandırılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ordu şəhərinin valisi Səttar Yavuzun təhqir edilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Məhkəmə Səttar Yavuzun təhqir edilməsinə görə Əkrəm İmamoğlunu təqsirli bilib və 7 080 lirə pul cəzası kəsib.