Əfqanıstanın paytaxtı Kabildə avtobusa bomba hücumu təşkil edilib.  

Unikal.org xəbər verir ki, hadisə nəticəsində  3 nəfər ölüb, 11 nəfər ağır yaralanıb. 

Kabil polisi açıqlamasında hücumla əlaqəli itkiləri təsdiqləyib.  Həmçinin polislər avtobusda ictimai işçiləri olduğu ifadə ediblər.

Qeyd edək ki,  hücum ABŞ, Rusiya, Əfqanıstan hökuməti və Taliban da daxil olmaqla ölkələrin sülh prosesini sürətləndirmək üçün Rusiyanın paytaxtı Moskvaya toplandığı gün baş verib. 

Faktla bağlı araşdırma aparılır.