Türkiyə Yunanıstanın ölümə tərk etdiyi qaçqınları xilas edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərinin Seferihisar bölgəsində Yunanıstanın sahil-mühafizə xidməti tərəfindən Türkiyə sahillərinə qovulan 158 qaçqın sudan çıxarılaraq xilas edilib.

Qaçqınlara zəruri yardım göstərilib. Hazırda araşdırmalar aparılır.