Ermənistan baş naziri Nikol Paşinyan müxalifət partiyasının sədrini məhkəməyə verib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Yerkir Tsirani" Partiyasının sədri Zaruhi Postancyan baş nazir tərəfindən məhkəməyə verilib.

O, müxalifətçini böhtan atmaqda ittiham edib. Z.Postancyan Paşinyanı agent və satqın adlandırmışdı. Xüsusi ittiham qaydasında partiya sədrindən publik şəkildə üzr istəmək, dediklərini təkzib etmək və 4 min ABŞ dolları həcmində təzminat ödəmək tələb olunur.

Məhkəmədə Paşinyanı vəkili David Unanyan təmsil edəcək.