Rusiyada 33 yaşlı qadın pirsinq və döymə etdirdiyinə görə qınaq obyektinə çevrilib.
Unikal.org xəbər verir ki, iki uşaq anası olan qadın dağıstanlı keçmiş əri tərəfindən məhkəməyə verilib. Belə ki, qadın döymə fotolarını instaqramda paylaşıb. Bundan sonra onun əri döymə etdirdiyinə görə Dağıstan Ailə məhkəməsinə verərək, uşaqlarından məhrum edib.
Rusiyalı qadın sosial mediadan bu barədə paylaşım edərək, hüquqi şəxslərdən yardım istəyib.