Ermənistan İstintaq Komitəsi batalyon komandirinə qarşı cinayət işi qaldırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, təlim batalyonunun Vaqanyan soyadlı komandiri əmrin əksinə olaraq müharibə zamanı döyüş zonasını tərk edib.

O, nəticədə bir çox hərbçinin ölməsində və yaralanmasında ittiham olunur. Bildirilib ki, həmin komandir həbs olunub və hazırda araşdırmalar aparılır.