Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Paşinyan hakimiyyətini sərt tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Sarkisyan siyasi fəaliyyətinə davam etdiyini bildirib.

"Siyasi səngəri tərk etməmişəm. Kapitulyasiya olunmuş hakimiyyət getməlidir. Əvəzində xalq dövlət tərəfdarı olan yeni idarəçilər seçməlidir. Ölkənin təhlükəsizliyi və digər məsələlər bundan asılıdır. Başqa yol, başqa alternativ yoxdur", - deyə Sarkisyan bəyan edib.