Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan partiyasının erkən parlament seçkilərinə qatılacağını açıqlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu gün 20 iyun tarixində növbədənkənar parlament seçkiləri keçiriləcəyini elan edib.

Qeyd edək ki, A.Vanetsyanın partiyası Vazgen Manukyanın başçılıq etdiyi "Vətənin xilası naminə hərəkat"ın tərkibindədir. Bu siyasi qüvvə isə Paşinyanın hakimiyyətdə olduğu müddətdə keçiriləcək istənilən seçkiyə qarşı olduğunu bəyan edib.