Ankaralı gənc əməliyyat sayəsində 279 kilodan 150 kiloya düşüb.
Unikal.org xəbər verir ki, yeriməkdə çətinlik çəkən gənc artıq kilolarından qurtulmaq üçün həkimə müraciət edib. 2 illik aparılan prosedurdan sonra o mədə kiçiltmə əməliyyatı keçirib. Bununla da o, 129 kilo itirib.
Hazırda sağlam qidalanma prosesi ilə arıqlamağa davam edən Ömər Karasülük 100 kilonu hədəf tutub.