Gürcüstanın Axalsıx şəhərində yaşı 30-dan az olan tibb bacısı yeni növ koronavirus (COVID-19) əleyhinə "AstraZeneca" vaksini vurulduqdan sonra halı pisləşərək xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı xəbər verib.

Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla əlaqədar Gürcüstanın səhiyyə naziri araşdırmalara başlayıb.

Qeyd edək ki, Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə yalnız səhiyyə işçilərinin vaksinasiyası aparılır.