Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni debata dəvət edib.

Unikal.org xəbər verir ki, bu barədə Putin “Rossiya 24” telekanalının efirində deyib.

“İndicə bu barədə düşündüm. Keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs prezident Baydendən gəldi. Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, Ancaq bunu bir şərtlə birbaşa efirdə həyata keçirək.Bu, Rusiya və ABŞ xalqı, eləcə də digər ölkələr üçün maraqlı olacaq”, - deyə Putin bildirib.

Rusiya lideri cümə və bazar ertəsi Baydenlə müzakirələrə hazır olduğunu bəyan edib.