Türkiyədə son sutka ərzində 81 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 20 049 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 950 603, pandemiya qurbanlarının sayı isə 29 777 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 770 638 pasiyent (son sutkada 18 615 nəfər) sağalaraq evə buraxılıb.