1 milyon dozalıq "Sinovac" şirkətinin istehsalı olan "Coronavac" vaksinləri Meksikaya çatdırılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Çindən idxal etdiyi koronavirusa qarşı vaksinlər artıq ölkəyə gətirilib.

Qeyd edək ki, Meksika COVID-19-dan 195 908 ölümlə dünyada virusdan ölüm sayına görə 3-cü ölkədir.