Ermənistanda son sutkada daha 891 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 182 056-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 320-ə yüksəlib.