Ermənistanın müxalif İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan növbədənkənar parlament seçkilərində iştirak edəcəklərini elan edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Marukyan seçki məcəlləsində dəyişikliklər olsa belə, seçkilərə qatılacaqlarını bəyan edib.

"Hakimiyyətin məqsədi bəllidir. İnzibati resurslardan istifadə edərək səs toplamaq. Müxalifətin də məqsədi aydındır. Biz bütün pozuntuların qeydə alınmasına və cəzalandırılmasına çalışmalı və nail olmalıyıq", - deyə partiya sədri söyləyib.