25-26 mart tarixlərində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının sammiti koronavirusa yoluxma hallarının artması səbəbindən videokonfrans formatında baş tutacaq.

Unikal.org xəbər verir ki, bu barədə Avropa Şurası prezidentinin mətbuat katibi Brend Leyts bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sammitin videokonfrans formatında keçirilməsi ilə bağlı qərar qəbul edib.