Respublikanın bütün bölgələrində olduğu kimi Qubadlı rayonundan olan şəhid ailələri də hər zaman diqqət mərkəzindədir.

Unikal.org xəbər verir ki, Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Qubadlı rayonundan olan 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirildi. Görüşlərdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Qubadlı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə iş üzrə şöbəsinin müdiri Əliyev Emin və icra nümayəndələri iştirak edirdilər. Görüşlərdə Şəhidlərin əziz xatirələri yad olundu, onların həyatı və keçdikləri döyüş yolu haqqında söhbətlər aparıldı. Daha sonra şəhid ailələrinə bayram sovqatları verildi.

Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və tənhalara bayram sovqatları verilmişdir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Qubadlı rayonundan olan şəhid ailələrinə və aztəminatlı ailələrə 572 bayram sovqatı verildi.